"Yasımız var" deyib toya basqın etdilər: - 1 ölü, 2 yaralı

12-10-2015, 15:01           
"Yasımız var" deyib toya basqın etdilər: - 1 ölü, 2 yaralı
Ötən şənbə Ankarada törədilən terror hadisəsindən sonra ölkədə ictimai asayişin pozulması halları da artıb. Lent.az Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, Ankaradakı terror aktını əsas götürərək Adanada “yasımız var” şüarı ilə toya hücum çəkən maskalı və silahlı şəxslər terror yayıb.

Matəm vaxtı toy keçirilməsinin mümkünsüz olduğunu bildirən maskalılar toy salonuna daxil olan kimi hara gəldi atəş açıblar. Güllələrdən biri musiqiçilərdən birinin ölümünə səbəb olub. Belə ki, 28 yaşlı pianoçu İbrahim Xəlil Aslan aldığı güllə yarasından hadisə yerində keçinib.

Gülləbaran vaxtı daha 2 nəfər yaralanıb.

Polis xuliqanlıq əməli törədənlərin yaxalanması istiqamətində iş aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru