Cin uyğurları qırır!!!Türk soyqırımı məşhur rokçunun oğlunu ağlatdı: “Onları öldürürlər”
9-11-2018, 22:32
Çinin Şərqi Türküstan əyalətində uyğur türklərinə qarşı həyata keçirdiyi soyqırım ingilis jurnalist Ceyms Palmeri göz yaşlarına boğub.
Teleqraf.com xəbər verir ki, məşhur rokçu Robert Palmerin oğlu olan Ceyms Çin hökumətinin ölkədə yaşayan uyğur türkləri və digər etnik millətlərə qarşı soyqırım siyasəti həyata keçirdiyini bildirib.
O, canlı yayımda Çinin düşərgələrdə insanları hansı formada qətlə yetirməsindən danışıb.
Şərqi Türküstandakı mənbələrlə əlaqələrinin tamamilə kəsildiyini deyən Palmer vaxtilə əlaqə saxladığı insanların Çin hökuməti tərəfindən həbs edildiyi, ya da öldürüldüyü haqda danışarkən göz yaşlarını saxlaya bilməyib:
“O insanlarla artıq danışa bilmirəm, çünki yox oldular. Hətta onlarla danışdığım əsnada həbs edildilər. Bundan sonra o insanlardan xəbər ala bilmədim. Bir neçə ay əvvəl mən və jurnalist dostlarım işlərimizi məcburən dayandıraraq Çini tərk etdik.
Bundan sonra bölgədəki mənbələrimizlə əlaqə saxlamağa çalışdıq, amma cavab verən olmadı. Çünki bizimlə danışsalar, düşərgələrə göndəriləcəklərini, ya da öldürüləcəklərini bilirlər. Bu barədə danışmağa söz də bəs etmir.
Ailəsi Çində - Şərqi Türküstanda olan bir tələbə ilə danışanda o mənə bölgəyə qayıtmalı olduğunu dedi. Səbəbini soruşanda dedi ki, qayıtmasa ailəsini düşərgəyə gönədərəcəklər. Bu, dəhşətlidir”.