Nazarbayev açıqladı: Azərbaycana turist axını yarada bilərik

9-11-2018, 22:40           
Nazarbayev açıqladı: Azərbaycana turist axını yarada bilərik
Qazaxıstanın Peropavlovsk şəhərində Qazaxıstan və Rusiya regionlararası XV forumun plenar iclası keçirilib.

Axar.az xəbər verir ki, forum iki ölkə arasında turizmin inkişafında yeni yanaşmalar və tendensiyalara həsr olunub.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Xəzər dənizində qonşu ölkələrlə turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini, turizmin dünya iqtisadi böhran dövründə iqtisadi artım üçün bir vasitə olduğunu vurğulayıb.

Xəzər dənizində kruiz gəmilərinin yaradılmasını vacib sayan dövlət başçısı bildirib ki, qonşu ölkələr - Azərbaycan, Türkmənistan, İrana böyük turizm axını yarada bilərik. Xəzər dənizində əməkdaşlıq üçün infrastruktur yaratmaq, viza və miqrasiya rejimlərini sadələşdirmək lazımdır. Prezident, həmçinin Qonşu ölkələrin artıq Xəzər dənizinin potensialını inkişaf etdirməyə başladığını, bir-birini tamamlayan infrastrukturun inkişafını gücləndirməyi, birgə səylərlə Baykonur kosmik start meydançalarında turizmin inkişafının lazım olduğunu da qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru