İki Türk ölkəsi bir-birini savaşla hədələdi - Rus barmağı...
12-10-2015, 20:39
Özbəkistan prezidenti İslam Kərimov Rusiyanın köməyi ilə hidroelektrik stansiya tikintisini davam edəcəyi halda Qırğızıstanı müharibə ilə təhdid edib.
Avropa.info xəbər verir ki, bu barədə Qazeta.ru saytı yazıb.
“Orta Asiya respublikalarında su resurslarını nəzarətə götürmək cəhdi genişmiqyaslı müharibə ilə nəticələnə bilər. Qırğızıstanın, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Türkmənistanın çayları üzərində tikilən enerji layihələr ümumi razılığın olması lazımdır” Kərimovun mətbuat xidmətinin bəyanatında belə deyilir.
Özbəkistan və Türkmənistan liderləri bildiriblər ki, Orta Asiya regionunun su energetikası məsələləri beynəlxalq hüquq əsasında hamı tərəfindən qəbul olunmuş norma və prinsiplərə uyğun həll edilməldir.
Hələ 2009-cu ildə Rusiya və Qırğızıstan arasında Kambaratin HES-nin və Yuxarı-Narınsk HES-nin tikitisinəd air müqavilə imzalansa da, tikinti dayandırılmışdı. 2012-ci ildə HES-lərin tikintisi yenidən başladı.
Qırğızıstanın Rusiya ilə birgə tikdiyi stansiyalar onun və qonşularını elektrik ehtiyaclarını tam təmin etməyə imkan verəcək. Lakin Özbəkistan pambıq təsərrüfatı üçün vacib olan su ehtiyatlarından məhrum olur.