Rus təyyarələrinin Türkiyə uçuşu dayandırıldı

12-10-2015, 21:37           
Rus təyyarələrinin Türkiyə uçuşu dayandırıldı
Türkiyə üzərində müşahidə uçuşları keçirən Rusiya təyyarələrinin fəaliyyəti dayandırılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov məlumat verib.

Nazirlik rəsmisinin sözlərinə görə, bu qərar Ankaranın tələbindən sonra verilib:

“Türkiyə planlaşdırılan nəzarət uçuşunun təxirə salınması tələbi ilə Rusiya Müdafiə Nazirliyinə rəsmi olaraq müraciət etdi. Biz də Türkiyədəki mövcud vəziyyəti nəzərə alaraq uçuşların təxirə salınmasına qərar verdik”.

Digər tərəfdən Konaşenkov müşahidə uçuşunun nə zaman reallaşacağına dair məlumat verməyib.

Xatırladaq ki, Müdafiə Nazirliyinin nümayəndəsi Sergey Rıjkov rusiyalı pilotlardan ibarət bir qrup mütəxəssisin bu gün səhər Türkiyə hava sahəsində müşahidə uçuşuna başladığını açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru