Baş nazir: "O gecə 768 nəfər həbs edilib"

12-10-2015, 21:50           
Baş nazir: "O gecə 768 nəfər həbs edilib"
Türkiyənin baş naziri Əhməd Davudoğlu NTV-nin canlı yayımında gündəmə dair sualları cavablandırıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ankarada baş verən terror faciəsindən danışan Davudoğlu, “İki "canlı bomba"nın ora necə gəldiyini, kimlər tərəfindən gətirilə biləcəyi ilə bağlı dəqiq məlumata yaxınlaşmışıq. Hadisənin bir təşkilat tərəfindən törədildiyi təxmin edilir” deyib.
Baş Nazirin sözlərinə görə, hazırda Türkiyənin başı seçki kompaniyasına qarışdığından, insanların sıx olaraq bir araya gəldiyindən yenidən belə hadisənin baş vermə riski yüksəkdir: “Hər birimiz onlarla yerdə mitinq keçiririk. Hazırda Türkiyədə insanların sıx olaraq bir araya gəldiyi onlarla, yüzlərlə yer var var. Zəiflik və laqeydsizlik harada varsa, orada tədbirlər görüləcək. DEAŞ, DHKP-C və PKK-nın Türkiyəni eyni anda hədəfə alması səbəbi ilə bu üç təşkilatı əngəlləmək üçün təlimat vermişik. O gecə 768 nəfər həbs edilib”.
Terror təşkilatı üzvlərini yatan bir hüceyrə hesab edən nazir qanuna uyğun davranmaq məcburiyyətində olduqlarını vurğulayıb: “Bu yatan hüceyrələr özlərini gizlədə bilərlər. İŞİD nümayəndəsi saqqalını kəsib, həyat tərzini dəyişdirir. Bu üç təşkilatı izləyirik. Hər birimiz baş verən o faciənin acısını yaşayırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru