Türkiyədə PKK-dan növbəti qanlı hücum: 1 ölü, 4 yaralı

13-10-2015, 10:33           
Türkiyədə PKK-dan növbəti qanlı hücum: 1 ölü, 4 yaralı
Türkiyənin Şırnak vilayətində PKK terrorçuları hərbçilərə hücum edib.

APA-nın verdiyi xəbərə görə, nəticədə 1 əsgər şəhid olub, 2 hərbçi və 2 kənd qoruyucusu yaralanıb.

Məlumata əsasən, əməliyyatdan qayıdan hərbçilər iri çaplı silah və qumbaraatanlardan atəşə tutulub.

Baş verən atışma zamanı 3 hərbçi və 2 kənd qoruyucusu yaralanıb. Şirnak hərbi hospitalına çatdırılan əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru