Türkiyə bu üsulla dünyanı "ələ keçirir"

14-12-2018, 09:11           
Türkiyə bu üsulla dünyanı "ələ keçirir"
Türkiyə teleserialları istehsal etdiyimiz ən yaxşı şeydir. Dünya üzrə 400 milyon izləyicimiz var.

Kult.az xəbər verir ki, bu sözləri “Mədd İnterteyment” şirkətinin rəhbəri Atəş İncə deyib.

“Türk serialının uğuru bu günə qədər davam etdirdiyimiz keyfiyyətlə bağlıdır. Dünya tək bazar olur. Bu işi genişləndirməliyik”, - İncə bildirib.

O əlavə edib ki, Türkiyədə hər 10 nəfərdən biri teleserial izləyicisidir:

“Dünyadakı mənzərəmiz budur: 400 milyon izləyici. Əvvəlcə Yaxın Şərq, Balkan yarımadası və türk dövlətləri... Amma indi isə Braziliya da daxil olmaqla Latın Amerikasının demək olar ki, bütün ölkələrində türk teleserialları yayımlanır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru