Nazarbayevdən sonra Rəhman da Paşinyana qarşı çıxdı

15-12-2018, 10:21           
Nazarbayevdən sonra Rəhman da Paşinyana qarşı çıxdı
Tacikistan KTMT-nin baş katibi vəzifəsinə Belarusun namizədi Stanislav Zası dəstəkləməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Tacikistan Prezidenti İmaməli Rəhman Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zasla görüşü zamanı deyib. Tərəflər görüş zamanı regional və beynəlxalq məsələləri də müzakirə ediblər. Görüşdə həmçinin Tacikistan sərhədlərinin gücləndirilməsi məsələsi də müzakirə mövzusu olub.

Qeyd edək ki, bundan öncə Zas Qazaxıstanda olub və burada prezident Nursultan Nazarbayevlə görüşüb. Bu görüşdə Nazarbayev Qazaxıstanın onun KTMT rəhbəri vəzifəsinə namizədliyini dəstəkləməyə hazır olduğunu deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru