İŞİD Türkiyəni hədələdi: - prezident və baş nazirə sui-qəsd planı

16-10-2015, 20:20           
İŞİD Türkiyəni hədələdi: - prezident və baş nazirə sui-qəsd planı
Türkiyənin hüquq-mühafizə orqanları ölkə başçısı Rəcəb Tayyip Ərdoğan, baş nazir Əhməd Davudoğlu və Dəyanət İşləri İdarəsinin rəhbəri Mehmet Gürməzə sui-qəsd edilə biləcəyi ilə bağlı hərəkətə keçib. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Ankara terroru ilə eyni gündə yayılan məktub İŞİD-ə bağlı qüvvələrə məxsus olan “Konstantiniyye” jurnalında çap edilib. Bildirilir ki, yaxın vaxtlarda adları yuxarıda qeyd edilən rəsmi şəxslərlə yanaşı, din xadimi Cübbəli Ahmetə qarşı da sui-qəsd olacaq.

İŞİD-ə bağlı qüvvələr buraxdıqları jurnalın 2-ci sayında “Xəyanət raportu” və “Türkiyəyə mesaj” bölmələrində təhdidedici mesajlar bununla bitmir. Terror təşkilatı Türkiyə dövlətini açıq-aşkar hədələyərək, son Ankara teraktının onları daha da cəsarətləndirdiyinə eyham vurub.

Qeyd edək ki, daha əvvəl Əl-Qadiə tərəfindən də sui-qəsdlə hədələnən Cübbəli Ahmet İstanbul valiliyi tərəfindən mühafizəyə götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru