Türkmənistan prezidenti Yeni il öncəsi mərasimdə alman və ingiliscə mahnı oxuyub - VİDEO

23-12-2018, 10:34           
Türkmənistan prezidenti Yeni il öncəsi mərasimdə alman və ingiliscə mahnı oxuyub - VİDEO
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Yeni il öncəsi mərasimdə özünün şəxsi mahnılarını ifa edib.

"Report" xəbər verir ki, videogörüntülər "Türkmənistan Xronikası"nın "YouTube"dakı kanalına yerləşdirilib.

Berdiməhəmmədov ingilis, alman və türkmən dillərində mahnılar oxuyub, o, həmçinin royalda da müşayiət edib. Mərasimdə prezidentin nəvəsi Kərimqulu da çıxış edib. Bildirilir ki, mahnıların müəllifi odur.

Videoyazının altında qeyd edilir ki, Türkmənistan prezidenti mahnılarını daim özü yazır və başqaları onları təkrar oxuyur.

Daha əvvəl Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədov ölkə parlamentinə - Məclisə deputat seçilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru