Türkiyə suriyalı qaçqınlardan imtina edir

16-10-2015, 22:23           
Türkiyə suriyalı qaçqınlardan imtina edir
Türkiyə höküməti miqrantların ölkədə qalmasını istəmir.

Oxu.az-ın Reuters-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Xarici işlər naziri Ferudin Sinirlioğlu bildirib.

Jurnalistlərin suallarına cavabladıran nazir qeyd edib ki, rəsmi Ankara məcburi köçkünlərin çıxdığı ölkələrdə təhlükəsiz zonaların yaradılmasının tərəfdarıdır.

Türkiyə XİN rəhbəri bəyan edib ki, Avropa İttifaqı ilə qaçqın böhranının həlli məsələsi yalnız müzakirələr mərhələsindədir. Nazirin sözlərinə görə, sərhədlərin gücləndirilməsi problemin həlli deyil.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avropalı məmurları qaçqın böhranın miqyasını gec başa düşməkdə günahlandırıb.

O, həmçinin əlavə edib ki, əgər miqrant böhranı Türkiyəsiz həll edilə bilməzsə, onda Türkiyəni Avropa Birliyinə daxil etmək lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru