Rus kəşfiyyatından qorxunc Türkiyə xəbərdarlığı

16-10-2015, 22:46           

İŞİD Türkiyənin İstanbul, Ankara, İzmir və Diyarbəkir şəhərlərində teraktlar həyata keçirməyi planlaşdırır.

teref.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Sputnik” xəbər agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, İŞİD terrorçularının Türkiyədə 10 ədəd partlayıcı quraşdırılmış avtomobili var.

“Terrorçular diqqət çəkməmək üçün yük maşınlarından deyil, ən son model avtomobillərdən istifadə edirlər. İŞİD Türkiyədə silsilə terror aktları həyata keçirməyi planlaşdırır”, - deyə xəbərdə qeyd edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru