Türkiyəni qana boyayan qadın azərbaycanlı çıxdı - RƏSMİ TƏSDİQ

17-10-2015, 20:25           
Türkiyəni qana boyayan qadın azərbaycanlı çıxdı - RƏSMİ TƏSDİQ
Ankarada baş verən terror aktı ilə bağlı şübhəli şəxslər siyahısında adı çəkilən Ülkər Məmmədovanın Azərbaycan vətəndaşı olması təsdiqlənib.

"Savaş" xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov məlumat verib. O bildirib ki, bununla bağlı Türkiyənin hüquq-mühafizə orqanlarına göndərilən sorğuya artıq cavab gəlib: “Həmin cavabla hər şey məlum oldu. Ülkər Məmmədova Azərbaycan vətəndaşıdır. Lakin o, uzun illər Türkiyədə yaşayıb. Məsələ ilə bağlı araşdırmalarımız davam edir”.

Xatırladaq ki, oktyabrın 10-da Ankarada törədilən partlayış nəticəsində 100 nəfər ölüb, yüzlərlə şəxs yaralanıb. Terror aktının törədilməsində şübhəli bilinən və İŞİD üzvü olduqları bildirilən 21 nəfərin adı açıqlanıb və fotoları yayınlanıb. Ülkər Məmmədovanın da adı bu siyahıdadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru