Terroru bəhanə edib vətəndaşı soydular

17-10-2015, 20:46           

Ankaradakı partlayışdan istifadə edib Türkiyə vətəndaşını aldadıblar.

Hadisə Bursanın Osmanqazi səmtində qeydə alınıb. Bursa sakininə zəng vuran şəxslər özlərini polis əməkdaşları kimi təqdim edərək, partlayış sonrası aparılan araşdırmalar nəticəsində onun terror aktını törətməkdə şübhəli bilindiyini bildirblər. Ona görə də onların hesablarına 6 min Türkiyə lirəsi yatırmasını tapşırıblar.

Əlacsız qalan kişi, zəng vuran şəxslərin hesabına həmin pulu yatırıb. Bunun yetərli olmadığını görən fırıldaqçılar vətəndaşa yenidən zəng vuraraq daha 19500 lirə pulu onların bank hesabına köçürülməsini tapşırıblar. Bu dəfə də nə edəcəyini bilməyən kişi, bankdan kredit götürərək daha 19 min 500 lirəni zəng vuran adamların hesabına köçürüb.

Ümumilikdə, 25 min 500 lirə ziyana düşən adam bir neçə gün sonra ona zəng edilən nömrəni yığdıqda isə həmin nömrəyə zəng çatmayıb. Bundan sonra aldadıldığını anlayan kişi polisə müraciət edib. Hazırda fırıldaqçıların tutulması istiqamətində Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.(anspress.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.