HDP-nin peyğəmbəri təhqir etməsi kürdləri ayağa qaldırdı

18-10-2015, 19:33           
HDP-nin peyğəmbəri təhqir etməsi kürdləri ayağa qaldırdı
Türkiyənin Diyarbəkir şəhərinin Yenişehir bölgəsində HDP-dən olan bələdiyyə sədrinin Məhəmməd peyğəmbəri təhqir edən afişa dərc etdirməsi ciddi qalmaqala səbəb olub. Avropa.info xəbər verir ki, PKK-nın siyasi qolu HDP-dən olan bələdiyyə sədri əhalinin sərt etirazından sonra afişanı çıxartmağa məcbur olub. Türkiyə mətbuatının yazdığına görə, qalmaqallı afişadan sonra şəhər sakinləri etiraz aksiyası keçirib. Peyğəmbərə edilən təhqirə səssiz qalmayacaqlarını deyən sakinlər "Peyğəmbərə uzanan əllər qırılsın", "Rədd olsun PKK" kimi şüarlar səsləndiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru