AKP-nin qərargahı partladıldı

19-10-2015, 14:44           
AKP-nin qərargahı partladıldı
Türkiyənin Diyarbəkir vilayətində üzləri maskalı bir qrup şəxs AKP-nin vilayət ofisinə basqın edərək qərargaha bomba atıblar.

Avropa.info xəbər verir ki, AKP-nin qərargahına hücum edən şəxslər qərargaha kustar üsulla hazırlanmış iki bomba atıblar.

Dövlət rəsmilərinin verdiyi açıqlamaya görə hadisə zamanı ölən və ya yaralanan olmayıb. Bombaların partlaması nəticəsində baş verə biləcək hər hansı bir insan tələfatının qarşısını almaq məqsədilə yaxınlıqdakı polislər havaya atəş açıblar.

Hadisəni törədən şəxslərin yaxalanması üçün əməliyyata axtarış tədbirləri başladılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru