"Vurduğumuz təyyarə Rusiyanındır" - Davudoğludan sensasiona açıqlama

19-10-2015, 20:35           
"Vurduğumuz təyyarə Rusiyanındır" - Davudoğludan sensasiona açıqlama
Türkiyə baş naziri Əhməd Davudoğlu Türkiyənin vurduğu pilotsuz təyyarənin Rusiyada istehsal olunduğunu bəyan edib.

Avropa.info xəbər verir ki, Davudoğlu pilotsuz təyyarənin Rusiya mənşəli olduğunu desə də, onun Suriyada əməliyyat keçirən rus aviasiya qrupuna daxil olmadığını bildirib. Baş nazir hesab edir ki, dron Suriya ordusuna, yaxud PKK-nın Suriya qoluna aid ola bilər.

O, 3 dəfə xəbərdarlıqdan sonra pilotsuz təyyarənin vurulmasını Türkiyənin “özünümüdafiə reaksiyası” adlandırıb.

Xatırladaq ki, 16 oktyabr tarixində türk təyyarələri Türkiyə-Suriya sərhədində naməlum uçan aparat vurmuşdu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.