İstanbulda İŞİD-in uşaqlar üçün təlim mərkəzi aşkarlanıb - VİDEO

20-10-2015, 11:41           
İstanbulda İŞİD-in uşaqlar üçün təlim mərkəzi aşkarlanıb - VİDEO
FaktXəbər-in verdiyi məlumata görə, İstanbul polisi reyd zamanı İŞİD terror qruplaşmasının təlim mərkəzini aşkara çıxarıb. Burada Özbəkistandan və Tacikistandan gətirilən onlarla uşağın təlim gördüyü aşkarlanıb.

Bundan əvvəl Türkiyə KİV-i antiterror əməliyyatları zamanı 50 xarici vətəndaşın saxlanıldığını bəyan etmişdi.

Reyd İstanbulun Pendik rayonunda aparılıb. Saxlanılan vətəndaşlar İŞİD terror qruplaşmasına qoşulmaq üçün Suriya və İraqa yola düşməyə hazırlaşırmışlar.

Bildirilir ki, saxlanılanlar arasında Özbəkistan və Tacikistandan gəlmiş 24 yeniyetmə də var. Onlar İŞİD qanunlarını öyrənirmişlər. Mərkəzdə həmçinin məşq toplantıları da olurmuş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru