ŞOK: Türkiyə polisi terrorun baş verəcəyini 20 gün əvvəldən bilirmiş - RƏSMİ SƏNƏD

22-10-2015, 12:41           
ŞOK: Türkiyə polisi terrorun baş verəcəyini 20 gün əvvəldən bilirmiş - RƏSMİ SƏNƏD
Sentyabrın 17-də bütün polis idarələrinə bununla bağlı xəbərdarlıq yazısı göndərilib

Oktyabrın 10-da Ankarada törədilmiş terror aktı ilə bağlı şok sənəd ortaya çıxıb. “Fox” telekanalının ana xəbər bülletenində qətliamla bağlı bəzi sənədlər yayımlanıb. Sənədlərdən məlum olur ki, Türkiyənin hüquq-mühafizə orqanları törədiləcək terror aktı ilə bağlı 17 sentyabrdan məlumatlı olub.

Həmin tarixdə polis bölmələrinə göndərilən sənəddə İŞİD-in üzvü olan “canlı bomba”ların bir mitinq zamanı özünü partlada biləcəyi qeyd edilir. Xəbərdə qeyd edilir ki, bu sənəd sentyabrın 17-də Türkiyənin bütün polis idarələrinə göndərilib. Rəsmi sənəddə yazılıb ki, İŞİD terror təşkilatı Türkiyədə böyük terakt törətmək barədə qərarf verib. Sənəddə deyilir: Planlanan teraktın bir təyyarə və ya gəmi qaçırma olacağı və ya böyük mitinqlərdən birində eyni anda bir neçə canlı bombanın özünü partladaraq dəhşətli qətliam törətməyə çalışacağı..."
Mənbə : Lent.az















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru