"Ankara qətliamını Əsədin idarə etdiyi PKK və İŞİD törədib" - Ərdoğan

23-10-2015, 14:45           
"Ankara qətliamını Əsədin idarə etdiyi PKK və İŞİD törədib" - Ərdoğan
Həmkarlar ittifaqlarının konfransında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, 10 oktyabrda Ankarada baş verən terror aktını İŞİD və PKK təşkil edib.

Avropa.info xəbər verir ki, Ərdoğana görə, bir-biri ilə barışmaz mövqedə dayanan iki düşmənin eyni terror aktında iştirakı onunla izah olunur ki, əməliyyat Suriya kəşfiyyatı “Müxəbərat”, Əsədin xüsusi xidmət orqanları tərəfindən idarə olunub.

Xatırladaq ki, 102 nəfərin öldüyü 10 oktyabrda baş verən partlayış Türkiyənin tarixinin ən qanlı terror aktı kimi tarixə keçmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru