Erməni qız İstanbulda bələdiyyə sədrliyinə namizəd oldu
24-02-2019, 13:54

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə parlamentinin müxalif Xalq Demokrat partiyasından olan keçmiş deputatı – erməni qadın Selina Doğan İstanbulun Şişli bələdiyyəsinin rəhbərliyinə namizəd kimi seçkidə iştirak etməyə qərar verib. Selina Doğan Feysbuk səhifəsində Şişlidə xeyli ermənilərin yaşadığını qeyd edərək namizədliyini əsaslandırmağa çalışıb.
O, uzun illər bu bölgədə yaşadığını və öz komandası tərəfindən Şişlinin çoxmədəniyyətli siyasətini əks etdirməyə çalışacağını qeyd edib.
"Şişlinin yaşayış üçün rahat yer olmağından ötrü özlərini siyasətdən uzaq tutanların və qrupların gözləntilərini səsləndirməyə çalışacağam"- Selina deyib.
Onun sözlərinə görə, "eyni hüquqlu xidmət, təmiz siyasət" şüarı altında işləmək üçün vaxt gəlib.
Millət vəkili olaraq, Doğan, Osmanlı imperiyasında erməni soyqırımı da daxil olmaqla, insanlığa qarşı işlənən cinayətləri araşdırmaq üçün xüsusi bir məclis komissiyasının qurulmasını tələb etdi.
Redaksiyadan: Belə getsə erməni qadın perspektivdə parlamentə yalançı “soyqırımı” da tanıtdırmağa çalışacaq.