ABŞ-də mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı - Qırıcılar havaya qaldırıldılar

6-07-2025, 15:38           
ABŞ-də mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı - Qırıcılar havaya qaldırıldılar
ABŞ Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri iyulun 5-də mülki təyyarənin prezident Donald Trampın getdiyi Bedminster şəhərindəki (Nyu-Cersi ştatı) qolf klubunun üzərində məhdudlaşdırılmış hava məkanına daxil olmasından sonra səmaya qaldırılıblar.
Bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığının nümayəndələri məlumat yayıb.

Bildirilib ki, qırıcılar Bedminster üzərində müvəqqəti məhdudlaşdırılmış hava məkanını pozan mülki təyyarəni bölgədən təhlükəsiz şəkildə çıxaranadək müşayiət ediblər.

İnsidentin detalları ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, ABŞ prezidenti həftəsonlarını tez-tez Nyu-Cersidəki qolf klubunda keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru