Misirdə arxeoloqlar Ptolemey və Roma dövrünə aid qəbirlər aşkarladılar

6-07-2025, 15:34           
Misirdə arxeoloqlar Ptolemey və Roma dövrünə aid qəbirlər aşkarladılar
Misirin cənubundakı Əsvanda arxeoloqlar qazıntılar zamanı Ptolemeylər sülaləsi və Roma dövrünə aid yaxşı qorunub saxlanmış qəbirlər aşkar ediblər.

"RİA Novosti" xəbər verir ki, tapıntı Əsvanın qərb sahilində, Ağa Xan məqbərəsi yaxınlığındakı qəbiristanlıqda aşkarlanıb.

Ölkənin Turizm və Qədim Əsərlər Nazirliyinin məlumatına görə, Misir-İtaliya birgə arxeoloji missiyası Yunan və Roma dövrlərinə aid çoxlu qayaüstü qəbirlər tapıb. Onların içərisində yaxşı vəziyyətdə qorunub saxlanmış heroqlif yazıları var.

Qəbirlərdən biri yerin iki metrdən çox dərinliyində yerləşir. Qəbirə doqquzpilləli daş pilləkən aparır. Türbənin içərisində təxminən iki metr hündürlüyündə əhəng daşından sarkofaq var. O qayada oyulmuş platformada yerləşib.

Nazirlikdən bildirilib ki, sarkofaqda heroqliflə yazılmış mətnlər yer alıb. Mütəxəssislər məzarın sahibinin Əsvandan olan yüksəkrütbəli bir şəxs olduğunu güman edirlər. Sarkofaqda digər mumiyalar, o cümlədən uşaq mumiyaları da tapılıb.

Misirin Qədim Əsərlər Ali Şurası Misirşünaslar üçün yeni material vəd edən kəşfi yüksək qiymətləndirib. Həmçinin qeyd olunub ki, arxeoloqlar məzardan tapılan mumiyaların tomoqrafiyasını və bioloji analizlərini aparacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru