Türkiyənin Samsun şəhərində qızlardan ibarət iki qrup arasında dava olub.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, küçənin ortasında qızların bir-birini qovduğu vaxt onlardan birinə kəsici alətlə ayağından xəsarət yetirilib. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisəyə müdaxilə edn polis ifadələrini almaq üçün digər qızları həbs edərək, polis idarəsinə aparıb.