"Mən dinsiz, imansız Türkiyə istəyirəm" - Bu görüntülər onu əsəbləşdirdi
27-10-2015, 15:51
Türkiyənin baş nazir Əhməd Davudoğlunun gənclərlə bir araya gəldiyi toplantının fotoları "Radikal" qəzetinin keçmiş yazarı Gökan Kayanı özündən çıxarıb.
Avropa.info xəbər verir ki, Davudoğlunun İstanbulda gənclərlə keçirdiyi görüşün fotolarını tvitter hesabından paylaşan Gökan Kaya , baş nazirin çəkdirdiyi fotolarda hicablı qızların olmasını "Türkiyənin İŞİD-ləşməsi" kimi dəyərləndirib.
"Radikal" qəzetinin keçmiş yazarı bunları yazıb.
"Davudoğlu gənclərin suallarını cavablandırmış, bura haradır, İrandırmı? Demək olar ki, bütün qadınlar hicablıdır.
Mən də dinsiz, imansız Türkiyə istəyirəm. İslam və azadlıq bir yerdə olmur , məmləkəti İŞİD-ə yem etmisiniz. Bu ölkənin Konstitusiyasında müsəlman ölkə yazılmır övladım açın oxuyun. Varmı Konstitusiyada müsəlman ifadəsi."
Qeyd edək ki, Gökan Kaya PKK-nın siyasi qolu HDP tərəfdarıdı.