İstanbulda antiterror əməliyyatı: - Azərbaycanın 2 vətəndaşı qandallandı

27-10-2015, 15:53           
İstanbulda antiterror əməliyyatı: - Azərbaycanın 2 vətəndaşı qandallandı
İstanbulda keçirilən antiterror əməliyyatı nəticəsində iki Azərbaycan vətəndaşı olmaqla ümumilikdə 21 nəfər tutulub.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, bu gün səhər saatlarında İstanbulun Sultanbəyli və daha iki başqa rayonunda terrorçu İŞİD qruplaşmasına qarşı 25 ünvanda eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat nəticəsində 2-si Azərbaycan vətəndaşı, 7-si uşaq olmqla 21 nəfər tutulub.

Xəbərdə bildirilib ki, İŞİD silahlıları həmin bölgələrdə özləri üçün məscid qurublar və bu məscid üçün imam axtarırmışlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru