Kanadada azərbaycanlıların Novruz şənliyində baş vermiş davanın GÖRÜNTÜLƏRİ

27-03-2019, 19:18           
Kanadada azərbaycanlıların Novruz şənliyində baş vermiş davanın GÖRÜNTÜLƏRİ
Kanadada Azərbaycan və İran vətəndaşlarının birgə təşkilatçılığı ilə keçirilən Novruz şənliyində dava düşüb. AzEuroNews.com xəbər verir ki, Toronto şəhərində baş verən hadisə nəticəsində 5 nəfər ağır yaralanıb. Kanadada yaşayan azərbaycanlılardan saytımıza verilən məlumata görə, davaya səbəb bayrağımızın İran vətəndaşları tərəfindən yerə atılaraq tapdanması olub. Belə ki, mili musiqimiz səslənən zaman səhnəyə bayraq gəlib. Bu zaman nağara ifaçısı Altay Zeynalov bayrağın yığışdırılmasını tələb edib. O, bildirib ki, fars spornsorlar səhnədə bayraq görmək istəmirlər. Azərbaycanlıların buna etiraz etməsi isə mübahisəyə səbəb olub. Bu zaman qonaqlardan biri Azərbaycan bayrağını yerə ataraq tapdayıb.


Bundan sonra dava qızışıb. Tərəflər bir-birilərinə qarşı stul, stəkan və boşqab atıblar.

Həmvətənlərimizin sözlərinə görə, ilk dava salan və azərbaycanlıları təhqir edən Marjan Sadeghi adlı qadın olub.

Aldığımı məlumata görə, Torontoda yaşayan azərbaycanlılar artıq ərizə işə polisə şikayət ediblər. Onlar bayrağımızı təhqir edən və davaya səbəb olan Marjan Sadeghinin qanunla cəzalandrılmasını tələb ediblər.

Məlumat üçün bildirək ki, ötən gün baş vermiş bu hadisə ilə bağlı bir qrup azərbaycanlı Torontoda etiraz aksiyası keçirib. Onlar bayrağımızı təhqir edənlərin və dava salanların Azərbaycan xalqından üzr istəməsini tələb ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.