Aİ və Türkiyə Qolanı İsrail ərazisi kimi tanımaqdan imtina etdi – “İşğal olunub”

28-03-2019, 07:37           
Aİ və Türkiyə Qolanı İsrail ərazisi kimi tanımaqdan imtina etdi – “İşğal olunub”
«AzPoitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa diplomatiyasının başçısı Federika Moqerini bildirib ki, Brüssel Qolan təpələrinin İsrail ərazisi olduğu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) məlum qərarını dəstəkləməkdən imtina edir. Belə ki, Suriya buranı özünün «işğal olunmuş» ərazisi hesab edir.

Onun sözlərinə görə, bu barədə qərar beynəlxalq hüquqa uyğun olaraq və BMT TŞ-nın 242 və 497 saylı qətnamələri əsasında qəbul olunub və ona görə də dəyişməz qalır.

Avropa İttifaqının (Aİ) üzvlüyünə iddiaçı olan Türkiyə dövlətinin prezidenti Rəcəb Tayyib Ərdoğan da Qolana yönəlik ABŞ prezidenti Donald Trampın mövqeyini pisləyib.

Türkiyə lideri xatırladıb ki, TŞ-nın 1967-ci il tarixli qətnaməsi Suriyanın Qolan üzərində suverenliyini təsdiqləyir ki, Rusiya, Çin, Aİ və bir çox ölkələr də bununla razılaşıblar.

«Aİ bununla razı deyil, İslam Əməkdaşlq Təşkilatı da. Rusiya, Çin razı deyil, Təhlükəsizlik Şurası da razı deyil. Məgər, belə mümkündürmü? Biz, hansı dünyada yaşayırıq?» – deyə, TRT telekanalı Ərdoğandan sitat gətirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru