İŞİD Türkiyə kəşfiyyatı ilə danışıqlara başladı - "200 nəfəri azad edin"

29-10-2015, 14:54           
İŞİD Türkiyə kəşfiyyatı ilə danışıqlara başladı - "200 nəfəri azad edin"
İŞİD-in qaçırdığı türk əsgərini qaytarmaq üçün Türkiyə kəşfiyyatından (MİT) 200 üzvünün azad edilməsini istədiyi iddia olunur.

Avropa.info xəbər verir ki, İŞİD, qaçırdığı Serter Taş adlı türk əsgərini azad etmək üçün təşkilatla danışıq aparan MİT heyətindən Türkiyədə həbsdə olan 200 üzvünün azad edilməsini tələb edib.

Həmçinin İŞİD-in Türkiyədə azad edilməsini istədiyi 200 nəfərin siyahısını da MİT heyətinə verdiyi iddia olunan məlumatlar arasındadır.

Sputniknews.com saytının yaydığı məlumatda bildirilir ki, MİT İŞİD-in qaçırdığı 21 yaşlı Serter Taşın xilas edilməsi üçün təşkilatla danışıqlar aparır.

İŞİD-in paytaxtı sayılan Raqqa şəhərində telefon olmadığı üçün danışıqlar başqa bölgədən WhatsApp vasitəsilə aparılıb.

Danışıqlar zamanı türk əsgərinin səhhətinin yaxşı olduğu amma təhlükəsizlik səbəbilə tez-tez yerinin dəyişdirildiyi bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.