Türkiyədə keçmiş əri azərbaycanlı qadını ölümcül döyüb - FOTO

29-10-2015, 15:37           
Türkiyədə keçmiş əri azərbaycanlı qadını ölümcül döyüb - FOTO
Antalyada yaşayan azərbaycanlı qadın ölümdən son anda xilas olub.

APA-nın yerli mətbuata istinadən xəbərinə görə, 29 yaşlı Elmira A. 9 il əvvəl Türkiyədə ali məktəbdə oxuyarkən tanış olduğu A.H.D. ilə ailə qurub və Türkiyənin Siirt şəhərinə köçüblər. Bu izdivacdan onların iki övladı dünyaya gəlib.

Bundan sonra ailədə ciddi problemlər başlayıb və əri Elmira A.-ya fiziki zorakılıq göstərib. Nəticədə hazırda Türkiyə vətəndaşı olan Elmira A. boşanmaq qərarına gəlib. Onlar boşandıqdan sonra qadın Antalyaya köçüb, uşaqların qəyyumluğu isə atalarına verilib.

Bir neçə gün əvvəl keçmiş əri onun Antalyadakı evinə gələrək, qadının əl-ayağını bağlayıb, onu möhkəm döyüb: “Məni o qədər döydü ki, qolum sındı. Öldürməklə hədələdi. Çətinliklə anama mesaj yazdım, o da polisə xəbər verib. Polisin evimə gəlməsi ilə xilas oldum, amma keçmiş ərimi həbs etmədilər. Bu səbəbdən həyatıma təhlükə davam edir”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru