İstanbulun 14 rayonunda təkrar səs sayımı bitdi:"AKP-yə 1596, CHP-yə isə 532 səs əlavə edildi"

5-04-2019, 07:53           
İstanbulun 14 rayonunda təkrar səs sayımı bitdi:"AKP-yə 1596, CHP-yə isə 532 səs əlavə edildi"
nəticələrinin təkrar sayılması başa çatıb.

Strateq.az xəbər verir ki, bu barədə az əvvəl CHP-li Əkrəm İmamoğlunun seçki qərargahı məlumat yayıb.

Bildirilib ki, AKP-nin etirazı ilə 14 rayonda etibarsız hesab edilmiş 89 min 225 bülleten təkrar sayılıb: “Nəticədə AKP-yə 1596, CHP-yə isə 532 səs əlavə edildi. Bununla da 14 rayon üzrə fərq 1064 oldu”.

Xatırladaq ki, İstanbulda rəqabət Binəli Yıldırmla CHP-li Əkrəm İmamoğlu arasında gedir. İlkin rəsmi nəticəyə görə, İmamoğlu Binəli Yıldırıma 27 min artıq səslə qalib gəlib. Lakin AKP-nin etirazı ilə iki gün əvvəldən başlayan təkrar səssaymadan sonra isə bu fərq 19 min civarında dəyişir.

Hazırda digər rayonlarda səslərin təkrar sayılması davam edir. Bildirildiyinə görə, proses 3 gün ərzində yekunlaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru