AKP İstanbulda bütün səslərin yenidən sayılmasını istəyir
7-04-2019, 21:37
Türkiyənin hakim partiyası İstanbulda bütün səslərin yenidən sayılmasını istəyir.
Türkiyə KİV-lərinin məlumatına görə, bu barədə Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin müavini Əli İhsan Yavuz bildirib.
İ.Yavuz deyib: "Bu gün biz MSK-ya müraciət edəcəyik ki, İstanbulun bütün rayonları üzrə səslər yenidən hesablansın. Hazırda fərq 16442 səs təşkil edir".