AKP-dən Binəli Yıldırımla bağlı daha bir həmlə:"İstanbulun 39 rayonunda bülletenlərin hamısı yenidən sayılsın@

8-04-2019, 05:31           
AKP-dən Binəli Yıldırımla bağlı daha bir həmlə:"İstanbulun 39 rayonunda bülletenlərin hamısı yenidən sayılsın@
Prezident Ərdoğanın lideri olduğu AKP martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin İstanbulun 39 rayonunda təkrar sayılmasını istəyir.

Strateq.az xəbər verir ki, partiya bununla bağlı YSK-ya (Yüksək Seçim Kurulu) bu gün rəsmi müraciət edib.

Xatırladaq ki, bundan əvvəl AKP İstanbulun 19 rayonunda etibarsız hesab olunan bülletenlərin təkrar sayılmasını tələb edib. YSK bu tələbi təmin edib. Və aprelin 1-dən başlayaraq, İstanbulun 19 rayonunda etibarsız bülletenlərin 78 faizi təkrar sayılıb. Nəticədə Əkrəm İmamoğlu ilə AKP-li Binəli Yıldırım arasındakı səs fərqi 29 mindən 16 min civarına enib.

AKP elə bu faktdan yararlanaraq 39 rayonda səslərin bütövlükdə yenidən sayılacağı halda, Binəli Yıldırımın qalib gələcəyinə ümid edir.

Məlumata görə, AKP-nin YSK-ya bugünkü müraciəti hələ müzakirəyə çıxarılmayıb.

Türkiyə mətbuatında yayılan məlumata görə, YSK-nın AKP-nin bu müraciətini müsbət cavablandıracağı inandırıcı görünmür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru