Türkiyədən qonşulara: Əlini, qolunu və kəlləsini qırarıq!
8-04-2019, 05:45
Ölkəmizin bir çınqıl daşını belə almağa cəhd edənin əlini, qolunu və kəlləsini qırarıq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar həmsərhəd ölkələrdən gələn təhlükələrlə bağlı (Suriya və İraq, eləcə də yunanların Egey və Aralıq dənizində pozucu fəaliyyəti - red.) çıxışında deyib.
“Haqq və hüquqlarımızın qorunmasında nə qədər qərarlı və əzmli olduğumuzu heç kim sınamasın! Haqqımızın və hüququmuzun qorunması üçün lazım olan hər şeyi edirik. Heç kimin bundan şübhəsi olmasın. Biz dialoq tərəfdarıyıq”, - deyə nazir bildirib.