Türkiyədə AKP sədri, baş nazir Əhməd Davudoğlu seçki marafonu çərçivəsində kürd vətəndaşların sıx məskunlaşdığı Diyarbəkrdə mitinq keçirib.
Avropa.info Türkiyə mediasına istinadən xəbər verir ki, əhali Davudoğlunu böyük coşqu ilə qarşılayıb. Kürd seçicilərin "Rədd olsun PKK" şuarları ilə çıxışına başlayan Davudoğlu bunları deyib.
"Avropada Həzrəti Məhəmməd Peyğəmbər (s.a.s) haqqında təhqir karikaturaları dərc olunanda Diyarbəkir ayağa qalxdı, amma indi bunlar da burada təhqir karikatura dərc etdi. Diyarbəkr susmadı, susmayacaq da.
Burada Medeni Konak qardaşımız, xaincəsinə, vəhşicəsinə qətlə yetirildi. Cənab Kılıçdaroğludan səs yoxdur , Bağçəlidən səs yoxdur, hər fürsətdə dövlətə qatil deyən Demirtaş, Məedeni qardaşımızın qatillərinə, alçaq qatillər deyə bilmədi. Çünki, qorxurlar. Müraciət edirəm, biz necə hər bir təcavüz qarşısında bu təcavüzü pislədiksə, çıxsınlar onlar da qınasınlar. Bunlara görə, təcavüz AKP-yə qarşı edilirsə "yaxşı oldu" deyib kənardan seyr etməlidirlər, ğzlərinə qarşı olursa dərhal bundan istifadə etməlidirlər.
Bunu bilin türk-kürd qardaşdır. PKK-HDP qəddardır. Bir daha deyin ki, Qəndildən Avropadan eşidilsin. (Kürd seçicilər şuar səsləndirirlər: "Türk-kürd qardaşdır, PKK əclafdır)