ABŞ razılıq verdi: Türkiyəyə "ağıllı" silahlar göndərilir

30-10-2015, 01:12           

ABŞ rəsmi Ankaranın uzun müddətdir tələb etdiyi dörd müxtəlif silah sistemini bu ölkəyə verməyi hazırdır.

Axar.az-ın məlumatına görə, ötən gün ABŞ Konqresi Türkiyəyə 70 milyon dollarlıq silah verilməsinə icazə verib. ABŞ Müdafiə Nazirliyi də Türkiyənin istədiyi silahları göndərəcəklərini bildirib.

Türkiyənin milli təhlükəsizlik baxımından əhəmiyyətli gördüyü, ancaq uzun müddətdir ala bilmədiyi silah sistemlərini təqdim edirik:

Silahlı pilotsuz uçan aparatlar (PUA)

Türkiyənin ABŞ-dan almaq istədiyi silahlar arasında ən əhəmiyyətli yeri PUA-lar tutur. Ankara həm MQ-1 Predator, həm də MQ-9 Reaper PUA-lardan əldə etmək istəyir. Silah alışı üçün 2008-ci ilin dekabrında və 2009-cü ilin fevralında Vaşinqtona iki məktub göndərilib. 2010-cu ildə İranın nüvə proqramı ilə bağlı Türkiyə və Braziliyanın Tehranla müqavilə imzalaması silah satışını ləngidib.

Döyüş helikopterləri

Ankara döyüş helikopterləri almaq üçün ABŞ-ın “Amerikan Sikorski” şirkəti ilə 2011-ci ilin aprelində müqavilə bağlayıb. 2014-cü ilin fevralında isə helikopterlərin Türkiyədə istehsalı üçün müqavilə şərtləri yenilənib. Müqaviləyə görə, Türkiyə şirkətdən 109 vertolyot alacaq. Həmçinin Türkiyədə istehsal olunan helikopterlər xarici ölkələrə ixrac ediləcək.

Ağıllı silahlar

Bu silahlar Türkiyə üçün PKK ilə mübarizədə son dərəcə vacibdir. Qısaca PGM adlanan, hədəfi dəqiqliklə məhv edə bilən silahlar mülki insan itkilərinin qarşısını almaq üçün sifariş verilib. 2010-cu ildən bəri Türkiyə Silahlı Qüvvələrinin invertarındadır. ABŞ rəhbərliyinin icazəsi ilə limit dolmadığı üçün “Boeing” şirkətindən JDAM silahlarının da alışı davam edir. Ancaq problem satış müqaviləsinin yaxın vaxtlarda bitməsidir.

Freqatlar

Türkiyə ehtiyyat hissələrinin daşınması üçün 3 ədəd “Oliver Hazard Perri” freqatı almaq niyyətindədir. Sözügedən döyüş gəmiləri 2012-ci ildə ABŞ donanmasının invertarından çıxarılmışdı və Vaşinqton rəhbərliyi həmin gəmiləri Türkiyəyə göndərməyi qərara almışdı, Konqres isə bu layihəni 3 il sonra təsdiqləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.