Türkiyədə İŞİD DƏHŞƏTİ: iki jurnalistin başını kəsdilər

30-10-2015, 21:14           

Türkiyədə suriyalı jurnalistlər öldürülüb. Lent.az xəbər verir ki, bu barədə Doğan xəbər agentliyi məlumat yayıb. Şanlıurfa vilayətində ərəbcə nəşr edilən “Ayn Vatan” qəzetinin redaktoru İbrahim Abdulkadir ilə müxbiri Firaz Hamadinin başı naməlum şəxslər tərəfindən kəsilib.

İlkin ehtimala görə, hadisəni İŞİD terrorçuları törədib. Artıq məsələ ilə bağlı 7 nəfər həbs edilib.

Qeyd edək ki, hər iki şəxs bir müddət əvvəl Suriyadan Türkiyəyə qaçıbmış və Şanlıurfanın Atatürk prospektində kirayə tutduqları evdə qalırmış.

Onların İŞİD-lə bağlı xəbərlər hazırladığı və məhz bu səbəbdən terrorçular tərəfindən dəfələrlə təhdid edildiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru