Binəli Yıldırım 2 saatlıq brifinqdə: "Seçki saxtalaşdırıb, əgər YSK İmamoğlunun qələbəsini tanısa..."

15-04-2019, 19:52           
Binəli Yıldırım 2 saatlıq brifinqdə: "Seçki saxtalaşdırıb, əgər YSK İmamoğlunun qələbəsini tanısa..."
15 Aprel 2019 [17:30]
"İstanbulda səslər saxtalaşdırılıb. Bizim səslərimizin bir hissəsi rəqib namizədə yazılıb".

Mia.az xəbər verir ki, bu sözləri AK Partiyanın İstanbul bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım keçirdiyi 2 saatlıq brifinqdə deyib.

Binəli Yıldırım 2 saat ərzində jurnalistlərin çoxsaylı suallarını cavablandırıb və deyib ki, hazırda rəqibi ilə aralarındakı səs fərqi 12200 səsdir: "Hazırda səslərin sayımı davam edir və durum mənim leyihə sürətlə dəyişir".

O qeyd edib ki, nəticəyə etiraz etmək təbii haqlarıdır: "İstanbul kimi şəhəri idarə edəcək bələdiyyə sədrinin saxta səslərlə seçilməsi doğru deyil. Seçim xalqın təqdiridir. Bizim indiki məqsədimiz səs verən hər bir vətəndaşın səsini qorumaq, onun doğru namizədə getməsini təmin etməkdir".

B.Yıldırım deyib ki, əgər YSK Əkrəm İmamoğlunun qələbəsini tanıyarsa, onu tbrik edəcək: "Mən İmamoğluna YSK-nın verəcəyi qərarı gözləməsini bir daha tövsiyə edirəm".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.