“O, istefa verəcəkmi?” –Binəli Yıldırım bu sualı cavab verməyib

15-04-2019, 22:14           
“O, istefa verəcəkmi?” –Binəli Yıldırım bu sualı cavab verməyib
Bu gün jurnalistlərin qarşısına çıxan AKP-nin İstanbul bələdiyyəsinə namizədi Binəli Yıldırım 2 saat ərzində verilən çoxsaylı suallardan yalnız birinə cavab verməyib.

Strateq.az xəbər verir ki, jurnalistlərdən biri 2014 və 2019 bələdiyyə seçkiləri arasında paralellik aparıb və Binəli Yıldırımdan “AKP-nin İstanbul şəhər təşkilatının sədri son seçkidəki uğursuzluğa görə istefa verəcəkmi” deyə soruşub.

Binəli Yıldırım sualın üzərindən sükutla keçsə də, həmin an yanında oturan təşkilat sədri Bayram Şenocakın baxışları jurnalistlərin diqqətindən qaçmayıb.

Bunun ardınca başqa bir jurnalist “Bayram Şenocakla aranızda problem olduğu yönündə iddialar var. Bu barədə nə deyə bilərsiz?” sualını verib.

Yıldırım suala belə cavab verib: “Görürsünüz ki, yan-yana oturmuşuq. Dedi-qodulara görə hərəkət etmək olmaz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru