AKP təcili bundan xilas olmalıdır - Ərdoğanın keçmiş yazarı

16-04-2019, 08:13           
AKP təcili bundan xilas olmalıdır - Ərdoğanın keçmiş yazarı
AKP-nin qarşısında ən böyük problem "Pelikan" adı verilən paralel bloqdur.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş yazarı Aydın Ünal bildirib.

"Həqiqətləri ört-basdır etmək təbliğat deyil. Problemləri pərdələmək yeni və daha böyük problemlər doğurur. AKP özünü sürətlə aşağı çəkən bu quruluşdan təcili xilas olmalıdır", - Ünal vurğulayıb.

Qeyd edək ki, “Pelikan dosyesi” Türkiyədə siyasi böhranın yaranmasına səbəb olan bloqdur. 1 may 2016-cı ildə bu bloqda Türkiyənin o zamankı Baş naziri Əhməd Davudoğlunun Prezident Rəcəb Tayyib Ərdoğana xəyanət etməsi haqqında informasiya yerləşdirilib. Böyük rezonansa səbəb olan yazı 22 mayda Davudoğlunun gözlənilmədən istefaya getməsi ilə aylarla gündəmi zəbt edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru