Seçkiöncəsi Abdullah Güldən Ərdoğana sərt şillə

31-10-2015, 21:47           

Türkiyənin sabiq prezidenti Abdullah Gül ölkədə keçirələcək parlament seçkisindən öncə "Faynanşl Taymz" (Financial Times) qəzetinə müsahibə verib.

Ötən ilin avqustundan siyasətdən uzaqlaşdığını vurğulayan, Ərdoğanın sabiq silahdaşının bu müsahibəsi vəziyyəti AK Partiya üçün biraz da pisləşdirə bilər.

Abdullah Gül deyib: “Türkiyə dövləti, Ərdoğanın hakimiyyəti əlində saxlamaq üçün sərgilədiyi səylər nəticəsində ciddi təhlükələr və problemlərlə üzləşib. Siz elə güman etməyin ki, mən bu sözləri hansısa siyasi məqsəd və yenidən hakimiyyətə gəlmək üçün deyirəm. Türkiyədə istər telekanalarda, istərsə də konfranslardakı çıxışlarım zamanı da nəsihət olaraq Türkiyə xalqına bu fikrilərimi çatdırmışam.”

Ərdoğanı Türkiyədə demokratiya üçün ciddi təhlükə adlandıran sabiq prezident daha sonra deyib: “Türkiyə demokratik bir ölkə olaraq Avropa Birliyi üzvlüyünə namizəddir. Ancaq düşünürəm ki, bu sahədə hələ çox işlər görməliyik.” FaktXeber












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.