HDP-nin seçki avtomobilində PKK lideri tutuldu

1-11-2015, 12:54           
HDP-nin seçki avtomobilində PKK lideri tutuldu
PKK terror təşkilatının Hakkari vilayətinin Balkayalar mahalı üzrə məsul nümayəndəsi “Arin” kod adlı Gülistan S. Kahramanmaraş-Qaziantep yolunda seçki avtomobilində tutulub.

Publika.az xəbər verir ki, polis avtomobilin Xalqların Demokratik Partiyasına (HDP) aid olduğunu müəyyənləşdirib.

Tibbi müayinədən keçirilən PKK üzvü ifadəsinin alınması üçün polis məntəqəsinə aparılıb. İlkin dindirmədən sonra onun barəsində həbs qərarı verilib.

Təhlükəsizlik mənbələrin məlumatına görə, təxminən bir həftə əvvəl Kahramanmaraşa gələn Gülistan S. HDP-dən başqa partiyalara səs verən vətəndaşları təhdid edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru