Kılıçdaroğlu və Baxçalı uduzdular, Ərdoğandan tam qələbə

1-11-2015, 22:25           
Kılıçdaroğlu və Baxçalı uduzdular, Ərdoğandan tam qələbə
Türkiyədə keçirilən seçkilərlə bağlı məlumatları təqdim etməkdə davam edirik.

Avropa.info xəbər verir ki, səslərin sayılması sona yaxınlaşarkən AKP seçki qərargahının önündə böyük bir kütlə toplandığı halda, MHP qərargahının önündə demək olar ki, toplanan insan görünmür. Bu haqda BBC Türk xidməti bildirir.

Binanın içində və çölündə yığışan az sayda adamın isə olduqca məyus olduğu görünür. Partiya üzvləri niyə belə zəif nəticələrin ortaya çıxdığını müzakirə edirlər.

Qeyd edək ki, 7 iyunda keçirilən parlament seçkisində qərargah önündə xeyli sayda əli bayraqlı MHP üzvü toplanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru