Bu xanım nazirin təklifinə "yox" dedi

4-11-2015, 12:04           
Bu xanım nazirin təklifinə "yox" dedi
Türkiyə Bursa vilayətinin İnəgöl rayonunda keçirilən “MODEF EXPO” sərgisində iştirak edən firmalardan birinin nümayəndəsi nazirin təklifini qəbul etmədi. ANS PRESS-in məlumatına görə, sərgini ziyarət edən Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu firmalardan birinin ərəbcə və ingiliscə bilən nümayəndəsi Meltem Serte nazirlikdə iş təklif edib. Nazirin, “gəl bizim nazirlikdə sənə iş verək, bizimlə işlə” təklifini Meltem Sert geri çevirib: “Mən vəfalı bir insanam, indiki rəhbərimi qoyub sizin təklifinizi qəbul edə bilmərəm”.

Nazir isə, dövlətə olan vəfanın hər şeydən öndə olduğunu deyib.

Daha sonra jurnalistlərin suallarına cavab verən Meltem Sert ayaqüstü söylənən sözlərə inanmadığını deyib:

“Ayaqüstü deyilən sözlərə inanmadığım üçün təklifi qəbul etmədim. Həqiqətən təklif olsa ciddi şəkildə danışılar. Ərəbcə və ingiliscə bilirəm. Mən ona təyin oluna bilmədiyimi də dedim. Amma mənə cavab vermədi. Mən kənddə böyüdüm. Ailəm məni minbir çətinliklə universitetdə oxutdu. Universiteti bitirdikdən sonra öz sahəmdə fəaliyyət göstərmək istədim. Amma bu mümkün olmadı. Səhiyyə administratorluğu sahəsində təhsil almışam. İş tapa bilməməyimin də səbəbi bu istiqamətdə təyinat olmamasıdır. İki xarici dil bildiyim üçün xarici ticarətlə məşğulam. Mənimlə birlikdə təhsil alanlar da işsizdirlər.” – deyə Meltem Sert jurnalistlərə açıqlamasında bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru