Ərdoğanın həbsxana yoldaşı və 20 illik sürücüsü millət vəkili oldu

4-11-2015, 12:19           
Ərdoğanın həbsxana yoldaşı və 20 illik sürücüsü millət vəkili oldu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 20 illik sürücüsü Əhməd Hamdi Çamlı Ədalət və İnkişaf Partiyasından (AKP) 1 noyabr parlament seçkilərində millət vəkili seçilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Əhməd Hamdi Çamlı İstanbul 2-ci bölgəsində AKP-nin namizədlər siyahısında 13-cü yerdə idi.

O, 7 iyun seçkilərində həmin bölgədən 16-cı yerdə namizəd göstərilmiş, amma seçilməmişdi.

Çamlı İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbərliyinə namizəd olduğu günlərdən bu yana Rəcəb Tayyib Ərdoğana könüllü sürücülük edib. Bir vaxtlar keçmiş baş nazir Nəcməddin Ərbakanın da sürücüsü olan Çamlı 14 yaşında olarkən Metris həbsxanasında Ərdoğanla birlikdə olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru