Millətçiər MHP-nin başında Meral Akşeneri görmək istəyirlər

4-11-2015, 17:20           
Millətçiər MHP-nin başında Meral Akşeneri görmək istəyirlər
Türkiyədə müxalif Milliyyətçi Hərəkat Partiyasında (MHP) bəzi simalar Devlət Baxçalının yerinə partiya sədri olaraq Maral Akşeneri görmək istəyir.

Avropa.info xəbər verir ki, mətbuatda yayılan xəbərlərdə bəzi partiya üzvlərinin Akşenerlə görüşərək onu razı salmağa çalışdığı bildirilir.

7 iyun seçkiləri zamanı qazandığı 17 %-ə yaxın səsi 1 noyabr seçkilərində 12 %-ə salan Devlət Baxçalının partiya daxilində nüfuzunu itirdiyi bildirilir.

Belə ki, partiyanın mərkəzi ofisinə hər gün yüzlərlə telefon zəngi gəlir və partiya tərəfdarları sanki “artıq bəsdir” deyərək öz etirazlarını bildirirlər.

“Habertürk” saytının dərc etdiyi xəbərə görə belə bir vəziyyətlə partiya daxilində və xaricindəki nüfuzlu şəxslər də boş dayanmır.

Milliyyətçilərin bir çoxunun 1 noyabr seçkilərində adı siyahıdan çıxarılan Maral Akşeneri sədr postunda görmək istədiyi də heç kəsə gizli deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru