ABŞ 9 Avropa ölkəsinə Türkiyənin bir addımlığından daxil olacaq - Pentaqon AÇIQLADI

30-05-2019, 10:11           
ABŞ 9 Avropa ölkəsinə Türkiyənin bir addımlığından daxil olacaq - Pentaqon AÇIQLADI
ABŞ Ordusunun Quru Qüvvələrinin Yunanıstanın “Aleksandrapolis” limanına 700-ə qədər hərbi avtomobil
və şəxsi heyət göndərməsi regionda təşviş yaradıb.

Publika.az xəbər verir ki, Pentaqonun mətbuat katibi Erik Pahon ABŞ-ın Yunanıstana hərbi qüvvələrini toplamasına dair çıxan iddiaları təkzib edib.

Mətbuat katibi bildirib ki, ABŞ yay boyunca Avropa miqyasında 9 ölkədə keçiriləcək təlimlərə qatılmaq üçün Yunanıstandakı bir limanı marşrut kimi istifadə edəcək.

“Uzun müddətdir planlaşdırılan yay təlimləri seriyasının bir parçası olaraq Yunanıstanda liman əməliyyatları keçiririk. Bu növ əməliyyatlar NATO müttəfiqləri arasında tez-tez gerçəkləşdirilir. Yunan limanı 9 təlimin keçiriləcəyi Balkan və Cənubi Avropa ölkələrinə giriş nöqtəsidir. ABŞ-ın Yunanıstana hərbi qüvvələrini toplamasına dair çıxan iddialar Rusiyaya məxsusdur. Rusiya yalan və dezinformasiya ilə müttəfiqlər arasındakı münasibətləri sarsmaq istəyir”.

Qeyd edək ki, ABŞ-ın Afinadakı səfirliyi ötən həftə ABŞ Quru Qüvvələrinə bağlı əsgərlərin yay təlimləri üçün 700 avtomobil və şəxsi heyətin “Aleksandrapolis” limanına göndərildiyini açıqlamışdı.

Zümrüd












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.