ABŞ-ın S-400-lərlə bağlı qorxusunun ŞOK SƏBƏBİ: Rusiyaya...

31-05-2019, 08:07           
ABŞ-ın S-400-lərlə bağlı qorxusunun ŞOK SƏBƏBİ: Rusiyaya...
S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması F-35 beşinci nəsil Amerika qırıcıları üzrə proqram üçün çox zərərli effekti olacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Pentaqonun başçısının köməkçisi Ketrin Uilbarqer bildirib.

Onun sözlərinə görə, S-400-lərin Türkiyəyə çatdırılması Rusiyaya bu təyyarə haqqında kəşfiyyat məlumatları toplamağa imkan verəcək. Pentaqon rəsmisi qeyd edib ki, S-400 komplekslərinin Türkiyəyə çatdırılması ABŞ üçün böyük çağırış təqdim edir.

Qeyd edək ki, daha əvvəl Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç F-35 qırıcılarının Türkiyədə S-400 komplekslərinin hədəf zonasından kənarda yerləşdiriləcəyini bildirib. Diplomat söyləyib ki, S-400 və F-35 ölkənin iki konkret rayonunda yerləşdiriləcək. Türk diplomatı diqqəti ona yönəldib ki, İsrailin F-35 qırıcıları Rusiyanın S-400 komplekslərinin olduğu Suriyanın hava məkanında uçurlar, ancaq bu, ABŞ-da suallara səbəb olmur.

“Amma Türkiyə zərbə deyil, hava hücumuna qarşı müdafiə sistemini yerləşdirməyə çalışanda problemlər yaranır”, - Kılıç qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru