TSQ-nin "Pəncə" əməliyyatında öldürülən terrorçuların sayı 22-yə yüksəlib

1-06-2019, 12:49           
TSQ-nin "Pəncə" əməliyyatında öldürülən terrorçuların sayı 22-yə yüksəlib
Türkiyə Silahlı Qüvvələrin Şimali İraqda keçirdiyi "Pəncə" əməliyyatı çərçivəsində daha üç terrorçu zərərsizləşdirilib. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin Twitter səhifəsində məlumat verilib.

Məlumata əsasən, əməliyyat nəticəsində ümumilikdə 22 terrorçu məhv edilib.

Əməliyyat zamanı Şimali İraqın Hakurk bölgəsində terrorçuların sığınacaqlarında 12 ədəd sursat, 15 tank əleyhinə raket, 15 minaatan, 7 ədəd AK-47 avtomatı aşkar edilib.

Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi əməliyyat mayın 28-ə keçən gecə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru